Dəm qazı ailə faciəsinə səbəb oldu: ata öldü, 5 övladı...

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.

Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Oruc Məhərrəm oğlu Məsimov dünyasını dəyişib.

Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Share on Facebook