Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda kənddə yanğın baş verib.
Sozcu.az xəbər verir ki, havadan və qurudan müdaxilə edilərək yanğın nəzarət altına alınıb. Alovlar nəticəsində 43-ə yaxın ev yanıb. Naməlum səbəbdən yanğın baş verib. Digər evlərə də keçən yanğına Meşə Təsərrüfatı Müdirliyi və yanğınsöndürmə briqadaları kənd sakinlərinin köməkliyi ilə müdaxilə edib.
Meşə Ümumi Müdirliyinə aid helikopterlə havadan müdaxilə edilən yanğında ilkin təsbitlərə görə 43 ev zərər çəkib.
Kənd muxtarı Osman Namlı yanğının haradan başladığının hələ müəyyən edilmədiyini, ölən və yaralanan olmadığını bildirib.