Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev “İstanbul” Klinikasındakı işindən uzaqlaşdırılıb.
Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb.
“Əziz dostlar! Təhdiddənmi, qorxudanmı? Bilmirəm. “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə, dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”, - radioloq bildirib.
Xatırladaq ki, bir müddət əvvəl o, feysbuk hesabında paylaşım edərək, həbs olunma ehtimalından yazıb.
Qeyd edək ki, bir-neçə gün əvvəl Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli “İstanbul” Klinikasının önündə saxlanılıb. Onun saxlanılma görüntülərini Aydın Əliyev öz sosial şəbəkə hesabından yayıb.yeniavaz)