De Byazi istefaya göndəriləcəkmi? - Rəsmi açıqlama

Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir. 

Sozcu.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir: "Baş məşqçinin də hesabatı dinləniləcək".

AFFA rəsmisi qeyd edib ki, hazırda milli komandanın baş məşqçisi Canni de Byazinin istefaya göndərilməsi gündəmdə deyil.

Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında "Avro-2024"ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə). 

Share on Facebook