"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne bütün komanda yoldaşlarına hədiyyələr alıb.
Sozcu.az xəbər verir ki, bu barədə ESPN- məlumat yayıb. Belçikalı futbolçu "Mançester Siti"nin oyunçularına platin "iPhone" markalı telefonları hədiyyə edib.
Qeyd olunur ki, De Brüyne bu yolla komandanı ötən mövsüm İngiltərə Kubokunu, Premyer Liqanı və Çempionlar Liqası titulunu qazanmaqları münasibəti ilə təbrik edib.
İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Kevin De Brüyne 32 oyuna çıxıb, 7 qol vurub və 16 qolun ötürməsini verib. Onun "Mançester Siti" ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.