Dayı bacısı oğlunu ağacla döyüb öldürdü

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.

N.Babayev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Share on Facebook