Danimarka Krallığı bir ay ərzində Ukraynaya Fransanın 19 SEZAR özüyeriyən artilleriya qurğusunu verə biləcək.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Danimarka müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib.
Bu ilin yanvarında Danimarka 19 Sezar özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini vəd etmişdi.
"Poulsen bildirib ki, Danimarkanın bir ay ərzində SEZAR haubitsalarını çatdıra biləcəyi gözlənilir", - Danimarka mətbuatı yazır.