Kiyev Ukrayna ərazilərinin işğaldan azad edilməsinin gedişatından məyusdur. Bu “prioritet” müvəqqəti olaraq rus qoşunlarının maksimum məhv edilməsinə dəyişdirilib.
Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Ukrayna Silahlı Qüvvələrinin zabitlərinə istinaddən bildirib.
Nəşr Ukraynanın yeni “sərt” strategiya elan etdiyini bildirib:
"Əsas məqsəd cəbhənin bu və ya digər hissəsində Ukraynanın xeyrinə maksimum müsbət məhvetmə əmsalına nail olmaqdır. Bu ssenari Ukrayna qoşunlarının qüvvələr balansında “qalibiyyəti” olmayan mövqelərdən geri çəkilə biləcəyini nəzərdə tutur".