Daha bir güneyli xanım yazıçı ETTELAAT-a aparıldı

Tanınmış yazıçı-şair Nigar Xiyavi ETTELAAT-ın Təbriz bölməsinə çağırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də ETTELAAT məmurları Nigar Xiyaviyə zəng edərək Təbriz təhlükəsizlik idarəsinə getməsini istəyiblər.

Telefon zəngindən qısa müddət sonra məmurlar onun evinə basqın edərək axtarış aparıb, Xiyaviyə məxsus şəxsi əşyaları müsadirə ediblər.

Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavi barəsində dəqiq məlumat almaq mümkün olmayıb.

Share on Facebook