Daha 2 erməni hərbçisi yaralandı

Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ” qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.

Qəza nəticəsində iki hərbi qulluqçu yaralanıb.

Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Share on Facebook