"Dağıstandakı talanları Kreml təşkil edib, İsraildə müharibə Putinə sərf edir" - Feyqin

"Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur..."

"Dağıstan hava limanında talanlar zamanı FTX orada olub və baş verənləri qeydə alıb..."

Rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin Rusiyanın HƏMAS-ın İsrailə hücumundan Ukraynaya qarşı müharibə fonunda necə istifadə etməsi, Dağıstanda talanlar və "yəhidi ovu" arxasında kimin dayanması və gələcəkdə İsrail və Ukraynanın əməkdaşlığının necə inkişaf etməsindən danışıb.

Moderator.az xəbər verir ki, bu barədə o, "unian.net" nəşrinə verdiyi müsahibəsində danışıb.

"Aydındır ki, 7 oktyabr hadisələri terror aktıdır, HƏMAS dinc vətəndaşların qətlinə görə cavab verməlidir. Lakin sonradan baş verənlərin hamısı artıq qlobal miqyaslı manipulyasiyalardır.

Əgər əvvəlcədən Qəzzada tələyə düşən bədbəxt Fələstin xalqının bombardmanlardan əzab çəkdiyi barədə ritorikaya başlasaq, o zaman bu, səbəblə nəticənin yerini dəyişmək olacaq. Yəni təcavüzkarı qurbana və əksinə qurbanı təcavüzkara çevirməli olacağıq", - Feyqin qeyd edib.

O, əmin edib ki, Moskvanın İsraildə baş verənlərdə "çox böyuk əli var".

"Mən indi HƏMAS-ın və onun əməliyyatının arxasında Moskvanın həqiqətən dayandığını demirəm, biz bunu dəqiq bilmirik. Lakin Qərb mətbuatı yazır ki, onlar iki il hazırlaşıb, HƏMAS Moskvaya başqalarından daha tez-tez səfərlər edir, o, kifayət qədər yüksək səviyyədə qəbul edilir, onunla Lavrov görüşür. 

Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur", - hüquq müdafiəçisi vurğulayıb.

O, xatırladıb ki, İsrailin terrorçulara qarşı müharibəsi başlayandan dərhal sonra Moskva fəal surətdə "bu mövzunu təşviq etməyə girişib", bununla bağlı BMT qətnamələri və HƏMAS-a dəstək bəyanatları ilə manipulyasiya edib.

"Onlar Rusiyada və başqa yerlərdə antisemit əhval-ruhiyyəni şirnikləndirib. Təəccüblü deyil ki, Dağıstanda sələfi qruplaşmaları təxribatçı hərəkətlərə yol verib. 

Faktiki olaraq belə alınıb ki, əvvəlcə qəzəbli gənclər mehmanxanaya tərəf, daha sonra hava limanına qaçışır, uçuş zolağına çıxır, yəhudiləri axtarır. Özü də onları heç kim, nə Rusiya Qvardiyası, nə ordu, nə də bir başqası dayandırmır.

Aydın idi ki, hadisələr necə cərəyan edəcək, onlar hava limanını darmadağın edib, bütün bunlar telefona çəkilib. Heç şübhəsiz, FTX orada olub və bütün bunları qeydə alıb", - Feyqin əmin edib.

O, əmin olduğunu bildirib ki, məhz Putin antisemit əhval-ruhiyyəyə təhrik edib.

"Qlobal mənada o, başlıca mənfəət götürənlərdəndir. Ukranalıların qətli, Ukraynada müharibə fonunda növbəti hədəfin məhz İsrail olacağını gözləmək olardı.

Belə təəssürat yaranır ki, diqqəti özündən yayındırmaq üçün ən rahat "hədəf" yəhudilərdir. 7 oktyabr hadisələri olmasaydı, Yaxın Şərqdə heç nə baş verməyəcəkdi. Necə yaşayıblarsa, elə də yaşamaqda davam ediləcəkdi, Səudiyyə Ərəbistanı ilə danışıqlar olacaqdı.

Amma indi bütün bunlar pozulub, ABŞ və Ukraynanın Avropa müttəfiqlərinin məşğul olmalı işləri var. Artıq səylər Ukraynaya yardıma və orada alovun söndürülməsinə yönəlib", - müxalifətçi qeyd edib.

"Kimsə soruşa bilər ki, Avropa nədən narahat olmalıdır ki? Lakin siz Londonda və Parisdəki mitinqləri görmüsünüzmü? Avropanın mərkəzində böyük insan kütləsi yəhudilərin qətli barədə haray-həşir salır, bu, nonsensdir. Onlar bu problemlərin çoxdan həll edildiyini hesab edib, lakin belə bir şey yoxdur.

Ona görə də Putin, Moskva və Kreml, əlbəttə ki, bu əhval-ruhiyyəyə təhrik edəcək, bu, onlara fövqəladə şəkildə sərfəlidir. Bu, təhlükəni, Ukraynada baş verənlərə görə məsuliyyəti özündən uzaqlaşdırmaqdır. Çox məntiqi və siyasi cəhətdən ölçülüb-biçilmiş addımdır", - Feyqin deyib.

O, əlavə edib ki, Dağıstandakı talanlar həmçinin Kremlin sifarişi ilə təşkil edilib, çünki nə İsrail vətəndaşları, nə də yəhudi milliyətindən olan insanlar dağıstanlılara heç bir təhlükə törətmir, üstəlik, bu regionda praktiki olaraq yəhdilər yoxdur.

"Qafqazın və müsəlmanların başlıca düşməni Kremldə əyləşib, bu, həm onlar, həm ukraynalılar, həm yəhudilər üçün təhlükədir. Lakin qafqazlılar nədənsə hər zaman düşmənləri kənarda axtarırlar. Heç demə, Dağıstanda bütün bəlalar İsraildən gələn yəhudilər, bu reyslər səbəbindən baş verir.

Axı, İsrail xəstəxanalarında dağıstanlılar da, xüsusilə uşaqlar da müalicə alır. İsrailin bir milyon yarım vətəndaşları, ərəblər, müsəlmanlar hesaba alınmır? Onlar knessetdə təmsil olunub, heç bir seqreqasiya yoxdur, məscidlər var, istəyirsən sutkada 24 saat dualar etsinlər", - Feyqin xatırladıb.

Onun fikrincə, İsrail Rusiyanın əsl siması, tamamilə İsrail əleyhinə mövqeyindən lazımi nəticələr çlxaracaq. Amma İsrailin Ukrayna ilə ümumi cəhətləri çoxdur və "bunu praktiki formaya çevirmək lazımdır".

"İndi İsrail öz problemlərinin həlli ilə məşğul olacaq, lakin bu zaman elə edə bilər ki, Moskva üçün faktiki olaraq problemlər yaransın.

Məsələn, İranda hərbi obyektləri və zavodları bombalaya bilər, deməli, ukraynalılar "Shahed"lər və mərmilərlə daha az qətlə yetiriləcək. Ukrayna üçün bu, çox yaxşıdır, az ukraynalı həlak olacaq, az "Shahed" gələcək.

Bəli, İsrail silahla bölüşə bilməz, bu, onun özünə lazımdır. Lakin bu silahların istehsalı texnologiyaları ilə Ukraynaya, məsələn, yeraltı zavodların inşasında kömək edə bilər.

Bəli, ola bilsin ki, sabah bu zavodlar belə vasitələrin istehsalına başlamasın. Bundan başqa, İsrailin dünya boyunca nəhəng lobbisi var.

Üstəgəl İsrailin kəşfiyyat birliyinin Rusiya ilə bağlı bir çox məsələlərdən məlumatı var. Bu informasiyanı Ukrayna ilə daha sıx əməkaşlıqda bölüşmək mümkün olacaq", - Feyqin qeyd edib.

O, həmçinin əmin olduğunu bildirib ki, Netanyahu hökuməti "oktyabrın 7-də baş verənlərdən sonra çətin ki, hakimiyyətdə qala bilsin".

"İstənilən halda İsrailin siyasi isteblişmentində əhval-ruhiyyə dəyişməkdədir", - Feyqin vurğulayıb.

Share on Facebook