"Crocus City Hall"da ölənlərin sayı artdı: RƏQƏM...

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib. 

*** 

Moskva vilayətində “Crocus City Hall”dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib. 

*** 

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Rusiya səhiyyə naziri Mixail Muraşko isə “Rossiya-24” telekanalına bildirib ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan 61-nin vəziyyəti ağırdır. 

Share on Facebook