Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçirilən "Linkoln" - "Qarabağ" oyununu izləyən azarkeş sayı məlum olub.
Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Viktoriya" stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, 1-ci təsnifat mərhələsinin ən aşağı göstəricisidir.
Ən çox azarkeş isə "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib.
Xatırladaq ki, "Qarabağ" səfərdə "Linkoln"u 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.