Çinin müdafiə naziri Li Şanfu üç həftədən artıqdır ictimaiyyət qarşısına çıxmır.
Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Nəşrin məlumatına görə, çox güman ki, o, vəzifəsini itirəcək.
"Financial Times" 3 ABŞ rəsmisinə istinadən qeyd edib ki, o, Şanfu böyük ehtimalla istintaq altındadır və bu, Pekinin hərbi və xarici siyasət idarəsinin elit dairələrindəki çaxnaşmanın son əlamətidir.
Xatırladaq ki, o, bu ilin martında müdafiə naziri təyin olunub.