İsrail ordusu Qəzza zolağında HƏMAS-ın əsas silah istehsalçısı Möhsün Əbu Zinanı hava zərbəsi nəticəsində məhv edib.
Sozcu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsaril ordusu və "Şin Bet" HƏMAS-ın yüksək səviyyəli silah istehsalçısını məhv edib. Kəşfiyyat məlumatlarından sonra ordunun döyüş təyyarəsi HƏMAS-ın silah və sənaye şöbəsinin rəhbəri Möhsün Əbu Zinanı iş yerində öldürüb",- məlumatda deyilir.
Qeyd olunur ki, Əbu Zina HƏMAS silahlarının aparıcı istehsalçılarından biri və terrorçuların istifadə etdiyi strateji silahların və raketlərin hazırlanması üzrə ekspert olub.