Çanaqqala meşələrində yanğın başlayıb - FOTO

Çanaqqala mərkəzinin Sarıbeyli kəndi yaxınlığındakı meşədə yanğın baş verib.

Məlumata görə, yanğını küləyin təsiri ilə genişlənir və böyüyür. Bölgədə 35 suçiləyici maşın, 5 buldozer, 3 yanğınsöndürmə briqadası, 8 ilkin müdaxilə maşını, 8 su təchizatı maşını, 4 inşaat maşını, 300 canlı qüvvə 80 jandarm fasiləsiz olaraq iş aparır.

Yanğının yaşayış məntəqələrinə də keçmək təhlükəsi var. Hazırda yanğınla mübarizə işləri davam etdirilir.

Share on Facebook