Cəmiyyət olaraq nə istədiyimizi bilirikmi?

Diqqət edirəm, hansı mövzu mediada danışılırsa, qabardılırsa, ona mız qoyan insanlar tapılır. Hətta ağıl da verməyə çalışırlar ki, " öz problemlərimiz qalıb bir yanda, gör nələrdən danışırsız, bir az da özümüzdən danışın". Əslində insanların narahatlığını başa düşürəm, daxili problemlər en qədərdir. Ancaq həmin problemlərə maraq nə qədərdir görəsən, insanlar bu problemlərə necə reaksiya verir?

 Küçədə sorğu edəndə 50 adamdan 10-u danışar, ya danışmaz. Hamı deyir bizlik deyil, mən filan yerdə işləyirəm, məni çəkmə. Sosial problemlərlə bağlı veriliş hazırlayırsan, baxan olmur, qiymət artımından danışırsan, reaksiya verən olmur. Sonra da deyirlər "öz dərdimizdən danışın". O dərd nədir görəsən, biz, nə istəyirik?

Azad Nurulu, jurnalist

Share on Facebook