Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Beqleryan Rəşid Aramisoviçi saxlayıb.
Sozcu.az "Caliber"ə istinadla xəbər verir ki, bu şəxs guya "Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.