“Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır...”
“44 günlük müharibədə hər cəhətdən məğlub olmuş erməni psixologiyasında yenilənmələr edilməsi əvəzinə, onların davranışlarının daha da aqressiv xarakter alması erməni düşüncə sisteminin mayasından qaynaqlanır.”
Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bu fikri Moderator.az əməkdaşının “Artıq bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki Qarabağdakı haylara “humanitar yardım” şousu düyününü yaradan əsasən erməni hiyləgərliyidir, yoxsa Rusiyanın, yaxud Qərbin bölgəni nəzarətə almaq üçün taktiki gedişləri?” sualını cavablandırarkən ifadə edib.
“Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır. Həm regionda, Ermənistan-Azərbaycan sərhədində, Yuxarı Qarabağın haylar məskunlaşdırılmış hissəsində, həm də beynəlxalq meydanda edilən bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq və ya hər hansı güzəştə getmək olmaz”,- deyə açıqlamasının davamında ermənişünas alim vurğulayıb.