“Budanovun peşəkar kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...”

“Amma, ümumiyyətlə, ölkə liderləri üçün özl“Budanovun peşəkar kəşfiyyatçı kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...ərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir..."

Rusiyanın Ukraynaya təcavüzü başlanandan Putinin oxşarları haqda söz-söhbətlər səngimir.  Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Putinin ən azı üç oxşarının olduğunu qeyd edib.  O deyib ki, Ukrayna kəşfiyyatı artıq onları fərqləndirir. Peşəkar kəşfiyyatçı bildirib ki, Mariupolda və Moskvadakı son hərbi paradda olan Putin özü olmayıb. Bəs gerçək nədir? Doğrudanmı Putin bir çox yerlərə öz oxşarlarını göndərir?

Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  bunları söyləyib:

“Ümumiyyətlə, avtoritar, diktatura və digər bu tipli rejimə malik ölkə rəhbərlərinin oxşarlarının varlığı haqda söhbət və informasiyalar hər zaman olub. Amma bu günədək hər hansı bir ölkə lideri üçün bunun sübutları ortalığa qoyulmayıb. Budanovun müsahibəsini mən də izləmişəm. Və həmin müsahibədə deyilənlər bir peşəkar kəşfiyyatçının dilindən inandırıcı səslənir.  Söhbət konkret Putinə gəldikdə, nəzərə alaq ki, Putinin pandemiya dövründən başlayaraq ətraflara bir paranoyal reaksiyası olub. Onunla görüşən insanları həddindən artıq uzun bir masa ətrafında əyləşdirərək onlardan çox uzağa çəkilir... Yadınızdadırsa, hətta kəskin pandemiya dönəmində Moskvada keçiriləcək Əliyev-Paşinyan-Putin görüşü öncəsi Bakıya və İrəvanı ölkə liderləri və nümayəndə heyətlərinin müayinəsi üçün xüsusi həkim qrupu da göndərildi... Bunlar bütün diktatorların müəyyən bir mərhələdə ürcah olduqları paranoyanın əlamətidir. Yəni onlar faktiki olaraq ruhi xəstəliyə düçar olur və öz həyatları üçün həddindən artıq qorxmağa başlayırlar. Ona görə də bu cür durumlarda diktatorlar belə yollara əl atırlar: kənarlaşmaq, bunkerlərdə gizlənmək və əlbəttə ki, oxşarlarını öz əvəzlərinə meydanlara, tədbirlərə çıxarmaq... Belə şeylər var. Nə dərəcədə inandırıcıdır, doğrudur, deyə bilmərəm. Budanov da bir peşəkar kəşfiyyatçı olaraq Putinin oxşarları haqda danışır və bu, dediyim kimi inandırıcı səslənir”. 

Analitik hesab edir ki, müəyyən tədbir və görüşlərə öz oxşarlarını göndərmək istənilən ölkə lideri üçün bir çox problemlər yarada bilər.

“Amma, ümumiyyətlə, ölkə liderləri üçün özlərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir. Yəni təsəvvür edin ki, hər hansı bir dövlətin başçısının əvəzində onun oxşarı gedib ölkə daxilində və ya xaricdə görüşlər keçirir, çıxışlar edir, insanları dinləyir, onlarla danışıqlar aparır, sualları cavablandırır. Və günlərin bir günü açılır, müəyyən olur ki, bu, hamısı oyun, tamaşa olubdur, insanlar aldadılıbdır, onlar dövlət başçısını yox, onun oxşarını qarşılayıblar, oxşarı ilə danışıblar. Bu, əlbəttə ki, hansısa dövlət üçün xoşagələn hal deyil. Qaldı, konkret Putinin oxşarları məsələsinə, mən inanıram ki, onlar var. Təkrar edirəm; Putinin davranışına diqqət yetirsək, onun insanlarla ünsiyyət formaları, öncə qeyd etdiyim məqamlar göstərir ki,  Rusiya diktatoru öz həyatına görə bərk qorxu və təlaş içindədir. Və belə olduğu halda onun müəyyən məqamlarda öz oxşarlarından istifadə etməsi mümkün sayılmalıdır”- deyə siyasi ekspert vurğulayıb.

Share on Facebook