Artıq 2 aydan çoxdur ki, paytaxt Bakı və bölgələrdə qızılca sürətlə yayılmaqdadır.
Bakupost.az xəbər verir ki, bu müddətdə 15-ə yaxın uşaq və gənc vəfat edib.
Hələ dekabrda koronavirus pandemiyası zamanı açılan və sonradan bağlanan modul tipli xəstəxanaların qızılca səbəbindən açılacağı barədə məlumat daxil olmuşdu.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərsək də, suallarımız cavabsız qaldı.
Dünən əldə etdiyimiz məlumata görə, modul tipli xəstəxanaya qızılcaya yoluxan xeyli uşaq yerləşdirilib. Artıq sosial şəbəkələrdə onlarla valideyn də uşağının Məhəmmədi kəndindəki modul tipli xəstəxanada müalicə aldığını təsdiqləyib.
Ötən həftə redaksiyamıza müraciət edən bir xanım uşağının təcili yardımla Məhəmmədi modul xəstəxanasına aparılmasına kömək etməyimizi xahiş etmişdi. Lakin uşağın durumu ağır olmadığı üçün o, evdə saxlanıldı.
Məhəmmədiyə təkcə Bakıdan yox, bölgələrdən də qızılcalı uşaqlar gətirildiyi bildirilir.