Prezident Vladimir Zelenski Avropa Birliyinin (AB) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib.
Sozcu.az xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb.
"Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib.
Qeyd edək ki, AB Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanacaq.