İsti yayı yaxşı keçirmək üçün çoxlu maye qəbul etmək vacibdir.
Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunun üçün müxtəlif qidaları qəbul etmək şərtdir. Həmin qidaları təqdim edirik:
Təzə sıxılmış meyvə suyu: İsti havalarda maye ehtiyacını təzə sıxılmış meyvə suları ilə ödəyə bilərsiniz. Gündə yarım və ya 1 stəkan meyvə suyu içilə bilər. Meyvə suyunun təzə olmasına və tərkibində şəkər olmamasına diqqət edin.
Təbii qazlı su: Suyu təbii qazlı su ilə əvəz edə bilərsiniz. Gündə 1 butulka qazlı su içə bilərsiniz. Lakin mədə xəstəliklərindən əziyyət çəkənlərə qazlı su içmək tövsiyə olunmur. Qazlı suyu acqarına içmək olmaz.
Ayran: Ayran ən sağlam içkisidir. Aşağı düşən təzyiqi normaya salmaq üçün ayranın içinə azca duz əlavə edə bilərsiniz.
Çay: Antioksidant özəlliyi olan çayın bu özəlliyini itirməməsi üçün onu 5-7 dəqiqə dəmləmək lazımdır. Çay iftardan sonra dəmiri yuyub apardığından dolayı içmək tövsiyə edilmir. Yeməkdən 50 dəqiqə sonra açıq və limonlu çay içə bilərsiniz. 4-5 stəkandan artıq olmaz.
Qəhvə: Gündə 1 stəkan qəhvə günlük kofein ehtiyacını ödəyir. Yay aylarında açıq qəhvə içmək daha doğru olar.
Su: Həyat mənbəyi olan suyu gündə ən az 7 stəkan içmək lazımdır. Su içmək ürəyinizi bulandırırsa, içinə meyvə dilimləri ata bilərsiniz.
Süd: Bir stəkan ilıq süd içmək gün ərzində susamağa qoymur.
Şaftalı kompotu: Şaftalını suda qaynatdıqdan sonra suyunu süzün. İçinə çox az şəkər əlavə edin. Daha sonra soyuducuda saxlayın. Şaftalı suyu mədə və bağırsaqlara yaxşı təsir etdiyi kimi susamağa da qoymur.
Pomidor suyu: Pomidor suyu da susamağa qoymayan qidalar arasında gəlir. Tərkibində maqnezium, lif, kalium və kalsium var.
Kefir: Kefiri hazırladıqdan sonra soyuducuya qoyun. Kefir həm gün ərzində tox saxlayır, həm də susamağa qoymur.
Xurma: Tərkibindəki maqnezium, kalium və dəmir orqanizmi enerji ilə təmir edir. Gün ərzində susamağa qoymur.