Gorbagor(!) “artsax” separatçı-terrorçu rejiminin deputatları bu gün -çərşənbə axşamı, noyabrın 28-də İrəvanda qondarma “parlament”lərinin “sessiyası”nın çağırılması ilə bağlı razılığa gəliblər.
Sozcu.az xəbər verir ki, “Hraparak” nəşrinin yazdığına görə, “əgər heç bir fors-major olay baş verməsə və Ermənistan hökumətinin müdaxiləsi olmasa, bu, baş tutacaq”.
Məlumatda bildirilir ki, separatçı “deputat”lar “sessiya”nı qapalı formatda keçirmək və sonda bəyanat vermək niyyətindədirlər.
Qeyd edilir ki, məlum 19-20 sentyabr hadisələrindən sonra İrəvandakı “artsax” “deputat”ları “sessiya” çağırmayıblar. Onlar rejimin qondarma “dövlət təsisatlarının saxlanılmasının Ermənistanın təhlükəsizliyinə təhdid olması ilə bağlı ER hakimiyyəti ilə razılaşmırlar...”
Erməni nəşrinin əldə etdiyi məlumata görə, “sessiya”da əsasən iki məsələ müzakirə olunacaq. Birinci məsələ 2 “deputat”ın mandatının bitməsi və onların yerinə gələnləri mandat verilməsi olacaq. İkinci məsələ isə “artsax üzrə beynəlxalq komissiyanın yaradılması ilə bağlıdır ki”, bu da Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ideyasıdır. “Deputat”lar Oskanyanla məsələni müzakirə ediblər.
“Qanunla yaradılmış komissiyanın missiyası artsax məsələsini beynəlxalq platformalarda təqdim etmək olacaq. Onlar həmçinin komissiyaya beynəlxalq ekspertləri də daxil etməyi planlaşdırırlar”- Ermənistan qəzeti belə yazır.moderator)