Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq.
Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL in qrupuna düşmək idi. Şükürlər olsun ki bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki bir qələbə olsun. Çox şükür ki artıq iki qələbəmiz var. Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki rəqiblərə aciz şəkildə məğlub olmayaq", - baş məşqçi əlavə edib.
Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
