"Brüsseldə son nöqtəni qoymağa hazırıq" - Qriqoryan

“ Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazırdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkün olacaq”.

Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Sülh müqaviləsi üçün mandat almışıq. Sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün açıq şəkildə təsdiqlənməsi və nəqliyyat xətlərinin blokadadan çıxarılmasını da ehtiva edən dörd prinsip əsasında həyata keçirilməsini istəyirik. Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır”, – o bildirib. News24.az

Share on Facebook