“Braqa”dan “Qarabağ”la bağlı paylaşım: Yolumuz Bakıyadır

Portuqaliya təmsilçisi “Braqa” UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la bağlı paylaşım edib.

Sozcu.az xəbər verir ki, klub bu barədə rəsmi X hesabında bildirib.

“Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz “Qarabağ”dır”, - paylaşımda bildirilib.

UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

Share on Facebook