Borrell Çinin sülh planını tənqid etdi

Ukraynadakı vəziyyətin nizamlanması üçün Çinin təklif etdiyi fəaliyyət planını dinc adlandırmaq olmaz.

Sozcu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.

Onun fikrincə, Çin sənədi qurbanla təcavüzkarı eyni səviyyəyə qoyur:

“Əslində, bu, sülh planı deyil və Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır, bəzi bəndlərini bölüşürük, lakin vacib olanlar çatışmır”.

Share on Facebook