BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib.
Sozcu.az xəbər verir ki, bu barədə iclasın iştirakçıları iclas başa çatdıqdan sonra məlumat veriblər.
"Biz ümumi bəyanatı müzakirə etmədik, çünki heç kim hər hansı mətn təklifini irəli sürmədi", - Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezyer jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”.
"Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.