BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edildi - KİV

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.

Sozcu.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.

“Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib.

Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.

Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər./Report

Share on Facebook