BMT-nin Baş katibi qadınlara qarşı zorakılıqla mübarizə aparmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş cəmiyyətdə davamlı inkişafı təmin etmək üçün qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb.

Sozcu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığa bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş bildirib.

Qeyd edək ki, bu gün BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu gender əsaslı zorakılığa qarşı 16 günlük beynəlxalq fəallıq kampaniyasına start verib.

Share on Facebook