"Rusiya Qafqazı asanlıqla, qansız əldən verməyəcək..."
"Biz tezliklə dünyaya öz silahlı birləşmələrimizi göstərəcəyik..."
İnquşetiya, Çeçenistan və Dağıstan Rusiya Federasiyasından qurtulmağa hazırdır...
İnquş müstəqilliyi Komitəsinin mətbuat katibi Ruslan Yoluoy bəyan edib ki, Rusiya Federasiyasının daxilində azadlıq ordusu formalaşıb bir gün Putin rejiminin zəifləməsindən istifadə edərək rusiyalıları öz ərazilərindən qovacaqdır.
Sozcu.az xəbər verir ki, bu barədə o, "Freedom" telekanalının efirində bəyan edib.
"Biz hamımız bütün üsullarla bu terrorçu dövlətin parçalanmasına hədəflənmişik. Bizdən başqa, çeçenlər özləri fəaliyyətdədir, biz həmçinin öz dağıstanlı qardaşlarımızla əlaqədəyik. Biz gələcəkdə hansısa ümumi planlar qurmaq və buna nail olmaq əzmindəyik", - Ruslan Yoluoy deyib.
O, qeyd edib ki, İnquş müstəqilliyi Komitəsi bu yaxınlarda azadlıq ordusuna qəbul elan edib, bundan sonra "hər gün İnquşetiyanın müstəqilliyi uğrunda döyüşmək istəyən çoxlu sayda sorğular gəlməyə başlayıb.
"Bizdə hərbi bölmələr formalaşıb, tezliklə, yaxın gələcəkdə biz dünyaya bu silahlı birləşmələri göstərəcəyik", - Youloy vəd edib.
O, vurğulayıb ki, Ukrayna ordusu öz ərazilərinin azad edilməsi uğrunda döyüşür və Rusiya Federasiyasının tərkibində olan azsaylı xalqları azad etmək üçün "Putini devirmək və ya Rusiyanın torpaqlarına girmək niyyətində deyil".
"Bu gün bizim vəzifəmiz azadlıq qüvvələrini formalaşdırmaq və bu dövlətin gələcək qaçılmaz parçalanmasına hazırlaşmaqdır", - İnquş müstəqilliyi Komitəsinin nümayəndəsi deyib.
O, əmin edib ki, İnquşetiyanın nə Putinlə, nə də bu yaxınlaradək hər hansı azadlıq hərəkatlarına qarşı çıxan rusiyalı müxalifətçiləri ilə gələcəyi yoxdur. Onun sözlərinə görə, Qafqaz və Rusiyanın yüzilliklər ərzində qarşıdurması Rusiyanın ondan asanlıqla əl çəkməyəcəyini göstərir.
"Xodorkovski də vaxtilə belə deyib, Rusiya Qafqazı asanlıqla, qansız əldən verməyəcək. Doğrudur, bu gün başqa hava oxuyur, lakin biz, əlbəttə ki, ona inanmırıq. Ona görə də biz ayıq-sayıq olacaq və onların hər hansı vədinə uymayacağıq", - Youloy əmin edib.
Rusiyanın parçalanması-yaxın gələcəkdə təcavüzkarla nə baş verəcək?
Atlantika Şurasının sorğusuna əsasən, xarici siyasət üzrə aparıcı ekspertlərin əhəmiyyətli hissəsi hesab edir ki, Rusiya 2033-cü ildə uğursuz dövlət olacaq və ya parçalanacaq.
Atlantika Şurası tərəfindən keçirimiş sorğuya görə, ekspertlərin 46 faizi bəyan edib ki, Rusiyanın iflası və ya parçalanması yaxın 10 ilə baş verə bilər. Ekspertlərin 40 faizi Rusiya dövlətinin bir sıra səbəblərdən, o cümlədən "inqilab, vətəndaş savaşı və ya siyasi dezinteqrasiyadan" parçalana biləcəyini deyib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov da hesab edir ki, müharibədən sonra Rusiya məcburiyyət olmadan milli, müstəqil sibyektlərə bölünəcək. Onun sözlərinə görə, müharibədən sonra Rusiyanı parçalamağa məcbur etmək lazım gəlməyəcək, onu özü parçalanacaq.