Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs bu beynəlxalq tanınmış sərhədlərində yaşamalı, öz inkişafına baxmalıdır.
Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.
“Biz xəyali, real olmayan sərhədlərdən imtina etməliyik. Biz xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Yoxsa bu xəyali Ermənistana görə biz real Ermənistanı da itirə bilərik”, - Paşinyan bildirib.
O qeyd edib ki, buna qədər real Ermənistanı sizə anlatmaq istəyənlər öz canlarından oldular, indi isə zamandır real Ermənistan naminə xəyali Ermənistandan vaz keçmək:
“Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik.