"Biz Rusiyanın soyqırım sistemini demontaj edəcəyik..." - Zelenski Putinə meydan oxudu

"Ukrayna uşaqları və böyüklərinin deportasiya edilməsi cinayətlərinə xüsusi diqqət yetirilir..."

"Ukrayna Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad ediməsinə hazırlaşır..."

Beynəlxalq Cinayət Məhkəməsinin köməyilə işğalçıları Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək mümkün olacaq

Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Ukrayna ofisinin açılışına hazırlaşır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.

"Bu gün müxtəlif formatlarda, bu və ya digər dərəcədə biz Ukrayna və ukraynalılar üçün ədalət naminə işləmişik. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ölkəmizdə səfərdədir. Bu təsisat və şəxsiyyət, heç şübhəsiz, rusiyalı cinayətkarların məsuliyyətə cəlb edilməsində tarixi rol oynayır", - Ukrayna lideri deyib.

Zelenski əmindir ki, Ukrayna xalqına qarşı "Rusiyanın soyqırım siyasətinin" onu düşünən, təsdiq edən və gerçəkləşdirənlərin hamısı üçün mütləq qaçılmaz hüquqi nəticələri olacaq.

"Mən vurğulamaq istəyirəm: söhbət təkcə icraçılardan deyil, terrorçu dövlətin ali siyasi və hərbi rəhbərliyindən gedir. Bu gün biz bu barədə Kərim Xanla Kiyevdə görüşümüz zamanı danışmışıq", - o, vurğulayıb.

Ukrayna prezidenti deyib ki, işğalçıların hüquqi məsuliyyətə cəlb edilməsi "mürəkkəb iş" olacaq. Buna baxmayaraq o, əmindir ki, Ukrayna məhz hüququn aliliyi müstəvisində və məhz beynəlxalq məhkəmənin gücü ilə Rusiyanın cinayətlərinə cavabı təmin edə biləcək. Zelenski əmindir ki, bu, həm ukraynalılar, həm də digər xalqlar üçün gələcək uzunmüddətli təhlükəsizlik zəmanətlərindən biri olacaq.

"Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ofisinin açılışı yaxınlaşır. Ukrayna Beynəlxalq Cinayət Məhkəməsi və Baş Prokurorunun Ofisi ilə artıq səmərəli əməkdaşlıq edir", - Ukrayna lideri bəyan edib.

Zelenski əlavə edib ki, rusiyalıların Ukrayna uşaqları və böyüklərinin deportasiya edilməsi kimi cinayətlərinə xüsusi diqqət yetirilir.

"Rusiyanın bütün bu soyqırım sistemini-vintciklərindən arxitektorlarınadək demontaj edəcəyik və qanuni hökmlərədək gedib çıxacağıq", - o, vurğulayıb.

Zelenski İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİK) Rusiya aktivlərinin Ukraynaya dəymiş ziyanın kompensasiyasına yönəldilməsi üzrə işə qoşulmağı təklif edib

"Bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Matias Korman ilə görüşmüşəm. Bu, dünyanın qabaqcıl ölkələrini birləşdirən ən güclü qlobal təşkilatlardan biridir. O ölkələrin ki, orada insanlar həqiqətən yaşamaq istəyir", - Ukrayna lideri deyib.

Onun sözlərinə görə, "bizim məqsədimiz Ukraynanın bu təşkilata tam hüquqlu üzvü kimi qoşulması, habelə İƏİT-nin təcrübəsindən dövlətimizin modernləşdirilməsində istifadə etməkdir".

"Bu gün o cümlədən ukraynalılar üçün şəffaf, sadə, biznesin stimullaşdırılması ilə iqtisadi inkişaf və sosial ədalət arasında balansı saxlayan ədalətli vergi sistemi barədə danışmışıq", - prezident qeyd edib.

Məlumat verilir ki, Zelenski Kormanla görüşü zamanı İƏİT-yə Rusiya aktivlərinin Rusiya təcavüzünün vurduğu ziyanın kompensasiya edilməsinə yönələn işə qoşulmağı təklif edib.

"Ukrayna Silahlı Qüvvələri fəal surətdə torpaqların işğaldan azad edilməsinə hazırlaşır"

Zelenski Ali Baş Komandanın stavkasının geniş tərkibdə iclasından danışıb.

O, deyib ki, ən ağır döyüşlər əvvəlkitək Donetsk vilayətinin Baxmut rayonunda gedir.

"Bu günkü iclasda cəbhə istiqamətlərinin hər birindəki vəziyyət müzakirə edilib, biz bunun təfərrüatları ilə məşğuluq", - prezident deyib.

O, əlavə edib ki, Baxmut ətrafında gedən döyüşlər şəhərin müdafiəsi üçün çox əhəmiyyətlidir.

"Rusiya insanları ümumiyyətlə hesaba almayaraq onları daima mövqelərimizin hücumuna göndərir. Mən bir misal deyim. Biz stavkanın iclaslarını həftədə iki dəfə keçiririk. Sonuncu iclas cümə axşamı olub. Bu gün Quru Qoşunlarının komandanı general Sırski məruzə edib ki, sonunci iclasdan keçən müddət ərzində onun istiqamətində düşmənin 800 nəfər canlı qüvvəsi məhv edilib", - Zelenski qeyd edib.

Prezident təsdiq edib ki, Ukrayna Silahlı Qüvvələri əkshücuma hazırlaşır.

"Döyüşçülərimizi torpaqlarımızın azad edilməsi naminə aktiv əməliyyatlara qayıtmağa hazırlaşırıq. Bizim ədalətli məqsədimiz yadımızdadır və hər gün onun gerçəkləşməsinə yaxınlaşırıq. Ukrayna azad olacaq. Bütün Ukrayna azadlığa qovuşacaq", - Zelencki əminliyini ifadə edib.

Share on Facebook