Biz İranla müharibə istəyirik - Kohen

Biz çox açıq şəkildə deyirik ki, İran və Hizbullahla müharibə etmək istəyirik. Hələ başa düşmürsüz? 

Sozcu.az xəbər verir ki, bu sözləri israilli jurnalist İdi Kohen X hesabında yazıb.

Onun tvitinə münasibət bildirən X istifadəçiləri isə illərdir iki ölkənin bir-biri ilə sözdə müharibə etdiyini, lakin nəticədə ölənlərin ərəblər olduğunu bildirib. 

Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb, İranın yüksək rütbəli 7 zabiti həyatını itirib. İranlı diplomatlarında öldüyü bildirilir. 

Share on Facebook