"Biz bu il Rusiyaya hər hansı qələbələr qazanmağa imkan vermədik" - Zelenski

"Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI ərsdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir..."

"ABŞ Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcək..."

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfərə gəlib

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ prezidenti Co Bayden və konqresmenlərlə görüşəcək.

Sozcu.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.

Səfər müdafiə naziri Lloyd Ostin və Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri general Carlz Braunla Milli Müdafiə Universitetində görüşlə başlayıb.

O cümlədən söhbət zamanı qlobal təhlükəsizlik üçün təhdidlər, cəbhədə vəziyyətin inkişafı və müdafiə sahəsində Ukrayna-Amerika əməkdaşlığının bundan sonrakı inkişafı məsələləri müzakirə edilib.

"Mən bizim xüsusilə hava hücumundan müdafiəmizin gücləndirilməsi üzrə razılaşmalarımızın icrasına, habelə nazir Ostinə və general Brauna şəxsi liderliklərinə görə minnətdaram", - Zelenski qeyd edib.

Ukrayna prezidenti həmçinin Vaşinqtonda ABŞ Milli Müdafiə Universitetində çıxış edib.

"Hazırda şiddətli döyüşlərin getdiyi şətaitdə bizim əsgərlərimiz cəbhədə mövqelərini qoruyub saxlayır və sonrakı fəaliyyətə hazırlaşır. Biz Rusiyaya bu il hər-hansı qələbələr qazanmağa imkan verçədik. Bəli, Putin yeni problemlər yaratmağa cəhd edir. 

Lakin bizim taktikamız, sadəcə, Rusiyanın nə edəcəyini gözləmək, Rusiyanın yaratdığı problemlərə uyğunlaşmaq deyil. Söhbət bu problemlərin effektiv həllindən gedir. Problemlərin həlli qələbənin açarıdır", - Zelenski vurğulayıb.

Bununla əlaqədar olaraq Zelenski vurğulayıb ki, prezident Co Bayden və Konqresdə görüşlər zamanı bu ilin nailiyyətləri əsasında hansı nəticələrə nail ola biləcəyimiz barəsində söhbət aparılacaq.

"Putini geri oturtmaqla, biz onun təcavüzünü mənasız edəcəyik. Sonra o, Rusiya xalqına, guya, şəxsən özünün və müharibəsinin gələcəyi olduğu barədə yalanlar danışa bilməyəcək", - Zelenski vurğulayıb.

O, qeyd edib ki, Ukraynanın hava məkanında, xüsusilə  cəbhədə hava hücumundan müdafiə üçün imkanlarının genişləndirilməsi ilə Rusiyanın havada üstünlüyünü aradan qaldırmaq mümkün olacaq. O, əmindir ki, bu, Ukraynanın başlıca problemlərindən birinin həlli olacaqdır.

"Demək olar ki, bizim dənizdə udacağımıza heç kim inanmayıb, amma bu, indi faktdır. Biz həmçinin havada da udmalıyıq", - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, "Patriot" hava hücumundan müdafiə sistemləri, radio-elektron mübarizə vasitələri, dronlar və qırıcılar Ukrayna Müdafiə Qüvvələrinə quruda da lazımınca irəliləməyə kömək edəcək.

"Biz qətiyyətlə Rusiyanı çəkindirməyə hədəflənmişik..."

ABŞ müdafiə naziri ilə görüş zamanı Pentaqon rəhbəri Ukraynaya gələcəkdə Rusiya təcavüzünün qarşısını almağa qadir olan ordu yaratmağa kömək edəcəyini vəd edib.

"Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birgə Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcəyini vəd edib", - Pentaqon rəhbəri bəyan edib.

O, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi "sarsılmaz olaraq qalmaqdadır".

"Biz Ukraynaya öz ərazisini və öz vətəndaşlarını müdafiə etmək mübarizəsində yardım etməkdə qərarlıyıq, - Ostin əlavə edib. - Biz qətiyyətlə Rusiyanı gələcəkdə istənilən, o cümlədən bizim NATO üzrə müttəfiqlərimizə qarşı təcavüzdən çəkindirməyə hədəflənmişik".

Lloyd Ostin vurğulayıb ki, Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI əsrdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir.

Share on Facebook