“Biz birləşib layiqli cavab verə bilərik”.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyadan Qarabağa yamaq göndərilən Ruben Vardanyan Facebook səhifəsində yazıb.
“Bu gün biz 35 il əvvəl Sumqayıtda öldürülən ermənilərin xatirəsini yad edirik.
“Sumqayıt qırğınları” ermənilərə qarşı nifrət və dözümsüzlüyün faciəvi nəticəsi idi. Sumqayıtdan sonra 1990-cı ildə Sovet Azərbaycanında yaşayan yarım milyondan çox erməni öz yurdundan didərgin düşüb.
Biz tariximizdən düzgün ibrət götürməyi bacarmalıyıq. Daha güclü olmaq, harada olsa, soydaşlarımızı qorumaq üçün hər şeyi etməliyik. Elə edək ki, onların həyatına, ləyaqətinə qəsd edən şəxs anlasın ki, biz birləşib layiqli cavab verə bilərik. Bu, belə faciəvi səhifələrin təkrarına yol verməməyin yeganə yoludur”, – deyə Vardanyan çərənləyib.
P.S. Vardanyana xatırladırıq ki, Sumqayıt təxribatını Moskva təşkil edib və ermənilər həyata keçirib. Sumqayıt hadisələri ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.KONKRET.az