“Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə bilərlər. Bütün dünyada belədir...”
“İndiyədək Qarabağ iqtisadi rayonununun bir hissəsində yaşayan ermənilərlə bağlı Azərbaycanın atdığı addımlar beynəlxalq normalar çərçivəsində olub. Erməniləri Rusiya “sülhməramlı”larının kontrolu altında olan ərazilərdən kimsə qovub çıxarmaq istəmir”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı aşağıdakı sualımıza cavabında söyləyib:
“Qərbi Azərbaycanda doğulub boya-başa çatmış bir Azərbaycan türkü, həm də ermənişünas alim olaraq ermənilərin dili ilə yanaşı, haykların etnopsixoloji xarakterinə, sosial, ictimai-siyasi dilinə də yaxşı bələdsiniz. Sizcə, ictimai-siyasi, sosial baxımdan haylarla necə dil tapmaq lazımdır? 44 günlük savaşdan keçən son 3 ilə yaxın dövrdə həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı haylarla doğru dil tapmaq üçün Azərbaycan dövləti olaraq atdığımız addımlar arasında yanlışı olan varmı?”
“Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə bilərlər. Bütün dünyada belədir. Hansısa etnik qrupa müəyyən haqlar vermək də həmin ölkənin haqqıdır. Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz. Ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da çıxıb getməlidirlər. Bu qədər sadə bir həqiqəti ermənilər çox yaxşı başa düşürlər, amma nəyəsə nail olmaq üçün diplomatik manipulyasiya edirlər. Lakin düşünürəm ki, bu durum belə davam edə bilməz”,- açıqlamasının davamında ermənişünas alim belə deyib.