Şəhidimizin nişanlısı intihar edib. Bəzi dostlar da yazır ki, yazıçılarımız bu hadisədən nümunəvi bir sevgi dastanı kimi roman yazmalıdır. Allah şəhidimizə də, nişanlısına da rəhmət eləsin. Amma intihar yaxşı bir nümunə deyil ki, onu əbədiləşdirmək üçün əsər də yazılsın. Mən də əvvəllər intihar haqqında çox düşünmüşəm. Ancaq qəti qərara gələndən sonra da iki fikir arasında qalmışam. Elədiyim bütün məsuliyyətsiz hərəkətlər, atdığım bütün məsuliyyətsiz addımlarda yeganə arxayın olduğum və güvəndiyim şey o olub ki, onsuz da ehtiyatda gül kimi bir intiharım var. İntihar düşüncəsi bir toxumdur. Toxum sənin içinə düşdüsə, cücərir, günü gündən inkişaf etməyə başlayır, ona arxayın olmağa başlayırsan, inanrsan, özünü sənə sevdirir, öldürməyənə kimi əl çəkmir.
Bütün hallarda həyat gözəldir. Düşün ki, doğulmaq istəyən milyardlarla insan var, amma onlar bu dünyaya gələ bilmir. Sən isə gəlmisən. Bir də heç vaxt gəlməyəcəyin bir dünyadan niyə özün gedirsən? Səbrli olmaq, möhkəm olmaq, nə olur olsun yaşamaq lazımdır.
Kəramət Böyükçöl