Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb.
Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib.
Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
