Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət alıb

Biləsuvar rayonunda yol qəzası baş verib.

Sozcu.az-ın məlumatına görə, qəza hadisəsi səhər saatlarında rayondakı Süd zavodunun yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 3 nəfər - 1989-cu il təvəllüdlü Gülnar Rufullayeva, 1989-cu il təvəllüdlü Tamaşa İmanova və 2016-cı il təvəllüdlü Dəniz Mirzəyeva xəsarət alıblar.

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Share on Facebook