Bəzi rayonlara qar yağıb, 4 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək, Naxçıvan MR-da 6-10 dərəcə, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 dərəcə şaxta olub.

Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

Share on Facebook