Beyruta zərbə: Bir nəfər öldü, 17-i yaralandı

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Əl Axbar” məlumat yayıb.

Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Share on Facebook