Fələstin məsələsində Azərbaycanın rəsmi mövqeyi düzgündür.
Bakının siyasəti iki dövlətli çözümə dəstək və İsrail ilə əlaqələri səssiz-sədasız inkişaf etdirməkdən ibarətdir.
Təbii ki, vətəndaşlar bu məsələdə Azərbaycan dövləti (hökuməti) ilə eyni mövqedə olmaq məcburiyyətində deyil. Hər kəsin fərqli baxışı, münasibəti ola bilər və bunu anlayışla qarşılamaq lazımdır: bir şərtlə ki, cinayətlərə, kütləvi qətllərə haqq qazandırılmasın.
Subyektiv qənaətim budur ki, bu məsələyə sırf beynəlxalq hüquq baxımından yanaşsaq, haqsız və işğalçı tərəf İsraildir.
Lakin o coğrafiyada yəhudilərin də öz dövlətinə sahib olmaq haqqı var. Bu gün 23 ərəb dövləti mövcuddur, kiçik bir yəhudi dövlətinin də varlığına dözümlü yanaşılmalıdır. Yəhudi tarixini bir az oxuyub, empatiya quranda dəhşətə qapılmamaq mümkün deyil. Az qala bütün yəhudi tarixi təqiblər, sürgünlər, kütləvi qətllər və soyqırımlardan ibarətdir. Bunun nəhayət ki, bir sonu olmalıdır.
Şahin Cəfərli, politoloq