“Beynəlxalq Bank” qazinin pulunu mənimsəyib - Fotolar

Şəkildə gördüyünüz 2-ci Qarabağ qazisi, müddətsiz ikinci qrup əlil Əsədov Binnət Təvəkkül oğlu, müharibədə aldığı xəsarət səbəbindən hər iki ayağında çürümə gedir. Binnət iki ildir ki, yataq xəstəsidir. Müalicə üçün müraciət etsə də, müraciəti cavabsız qalıb. Ona verilən 6600 sığorta pulunun 3300 -nü  Azərbaycan Beynəlxalq bankı  borcuna görə  mənimsəyib. 

Baxmayaraq ki, müharibə iştirakçılarının Banklara olan borclarının bağışlanması ilə bağlı  prezidentin sərəncamı olmuşdur. 

Hal hazırda qazimizin Beynəlxalq bank tərəfindən tutulan sığorta puluna ciddi eytiyyacı var. 

Deyir heç olmasa pulu qaytarsalar mən öz hesabıma müalicəyə gedərdim. Əks halda hər iki ayağımın kəsilməsi qaçılmazdır.

Tel: 051 979 13 33

İlqar Əli

af182de74e1bbf4de55a4eccde6a4456.jpg

75084e242a8ba5844360ce9dd5cc635e.jpg

7732d67258ad3552e059e5905494ee49.jpg

Share on Facebook