Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
Sozcu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xials etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.