"Berlin Ukraynanın Rusiya ərazisində Almaniya silahlarından istifadəsinə icazə verməyi nəzərdən keçirəcək".
Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bunu ukraynalı həmkarı Rustem Umerov ilə keçirdiyi brifinqdə Almaniyanın müdafiə naziri Boris Pistorus deyib.
O qeyd edib ki, kansler Olaf Şolts əvvəllər açıq şəkildə bəyan etdiyi kimi, silahlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər.
Nazirin sözlərinə görə, bu məsələyə baxılır, lakin ictimai müzakirələr və “nəyə dözmək olar, nəyə dözmək olmaz” mövzusunda çərçivə yaratmaq üçün ikitərəfli razılaşmalara ehtiyac yoxdur.