Belarusun ən böyük neft emalı zavodunda yanğın...

Belarusun ən böyük neft emalı zavodu olan “Naftan”da yanğın baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Naftan ASC-nin ərazisindəki texnoloji blokda baş verən yanğın söndürülüb”, - məlumatda bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.

Share on Facebook