HƏMAS 1400-ə yaxın israillini qətlə yetirib. Onlara cavab verərkən səhvlərə yol verməyin.
Sozcu.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.
Bayden İsrailə ABŞ-da 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən qəzəbləndiyi vaxt etdiyi səhvləri təkrar etməmək barədə xəbərdarlıq edib.
O etiraf edib ki, ABŞ vaxtilə ədalətə nail olmaq istəyərkən səhvlərə yol verib.