Bayden yenidən Putini diktator adlandırdı

ABŞ prezidenti Co Bayden yenidən Rusiya prezidenti Vladimir Putini diktator adlandıraraq onu təhqir etməyə cəhd edib.

Sozcu.az xəbər verir ki, Nyu Yorkdakı "Broadway" teatrında kampaniyası üçün keçirilən ianə mərasimində bildirib: "Mən Putin kimi diktatorların tərəfini tutmayacağam".

Putinin özü də artıq Baydenin oxşar cəhdlərinə münasibət bildirib: “Mənə meymun deyənin özü meymuna oxşayır”.

80 yaşlı ABŞ prezidentinin sözlərinə görə, Donald Tramp Rusiya qarşısında baş əyir: “Bəlkə, Tramp və onun MAGA dostları baş əyəcəklər, amma yenidən seçilsəm, Rusiyaya baş əyməyəcəyəm”.

Share on Facebook